Məsud Pezeşkiyan bu gün (12 may) bazar ertəsi Qızıl Aypara Həftəsinə həsr olunmuş mərasimdə bir çox insanın başqalarının dünyasını qurmaq və ehtiyacı olanların problemlərini həll etmək üçün öz dünyalarından imtina etməyə hazır olduğunu bildirərək deyib: “Başqalarının dərdinə, əzab-əziyyətinə biganə olan insana insan demək olmaz.”
Pezeşkiyan ehtiyacı olanlara kömək etməyin dini, insani və ümumbəşəri bir vəzifə olduğunu vurğulayaraq əlavə edib: “Müasir dünyada insan haqları, azadlıq, insanlıq iddiasında olanların ehtiyacı olan insanlara yardım etmək, bəşəri problemləri həll etmək əvəzinə, günahsız, müdafiəsiz insanların evlərini dağıtması faciədir.”
Prezident çıxışının davamında deyib: “Rəsmi tribunaların arxasında, o cür simalarla, geyimlərlə dayananlar, çıxışlarında insan haqlarından, insanlıqdan danışanlar qadınların, uşaqların, qocaların asanlıqla bombalanmasını necə qəbul edirlər? Bu insanların içində hansı heyvanın yaşadığı məlum deyil!”
Pezeşkiyan beynəlxalq qurumların sionist rejimin cinayətləri və müdafiəsiz insanların qətliam edilməsi qarşısında susqunluğunu tənqid edərək deyib: “Dünya görür, amma susur, Birləşmiş Millətlər Təşkilatı görür, amma yenə də belə bir cinayətkarı müdafiə edir. Bu, mövcud olan problemimizdir. Tribunaların arxasında duranda azadlıqdan, sülhdən danışırlar, amma əməl meydanında ən vəhşi heyvanlardan daha vəhşidirlər.”
Prezident əlavə edib: “Onlar öz hərəkətlərini başqalarına aid edirlər, amma kimin bəşəriyyətin köməyinə gəldiyi, kimin isə əldə etdiyi elmlə təchiz edilmiş raketlər, bombalar, cihazların altında bəşəriyyəti məhv etdiyi də bəllidir.”
Doktor Məsud Pezeşkiyan çıxışının sonunda deyib: “İnsanın başqalarının dərdinə görə, dərdi varsa, insandır. Başqalarının dərdindən, əzab-əziyyətindən xəbərsizdirsə, ona insan demək olmaz. İnşallah, əl-ələ verək, şəhərimizdə, ölkəmizdə, hətta dünyada baş verən problemləri bu humanitar prizmadan həll edək.”
Pezeşkiyan beynəlxalq ictimaiyyətin sionist rejimin cinayətləri qarşısında susmasını tənqid edib
12 may 2025 at 18:14
Xəbər kodu:
85830916

Tehran - İRNA - Prezident deyib: “İnsan olaraq hamımızın borcumuzdur ki, ehtiyacı olanlara və məzlumlara dinindən, irqindən və ölkəsindən asılı olmayaraq, kömək etməyə tələsək.”
Sizin rəyiniz